24 Oktyabr 2017, Çərşənbə axşamı - 15:02

S.Fettel: “Halonu gözardı etməməliyik”

S.Fettel: “Halonu gözardı etməməliyik”

Müəllif: Rauf Hacıyev, redaktor

18:05 - 27 İyul, 2017

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, Halo sistemi bolidin görünütüsünü pisləşdirsə də, idmanın təhlükəsizliyini artıracaq.

F-1.az xatırladır ki, Halo 10 komandadan  yalnız biri tərəfindən təsdiq olunsa da, FİA bu sistemi gələn il Formula1-də istifadə etməyə qərar verib.

Sebastyan Fettel: “Sözün açığı, Qalxan sisteminin fanatı deyiləm, çünki bu sistem görünüşə mənfi təsir edir. Deyəsən, Halo-nu sonuncu dəfə keçən il Əbu Dabidə test etmişdik. İndi də test etməliyik. Amma bu sistem görüntünü pisləşdirmir. Qalxanla əsas fərqi budur. Başımıza pis hadisə gəlsə, halo bizə kömək etməlidir. İnsanlar bunu bolidə yaraşdırmırlar, amma illər keçir və biz inkişaf edirik. Bunu niyə istifadə etdiyimizi açıqlamalıyıq. Bir neçə il əvvəl Castin Uilsonun yaşadığı qəzalar üçün həll yolu tapmalıyıq. Əgər ona bu sistemi təklif etsəydik, rədd etməzdi. Amma həyat budur və geriyə dönüş yoxdur. Bəzi yenilikləri gözardı etmək axmaqlıq olar”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 763
Teqlər , , , , ,
Paylaş

logo