S.Fettel: “Gözlədiyimizdən yaxınıq”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, sıralanma turunda Lyuis Həmiltona gözlədiklərindən yaxın olublar.

F-1.az xatırladır ki, almaniyalı sürücü Ostində sıralanma turunda lider Həmiltondan 0.239 saniyə geri qalaraq, 2-ci olub.

Sebastyan Fettel: “Nəticədən çox razıyıq. Son cəhdimin işə yaraması əla oldu. Sıralanma turunda istədiyim tempi qısa müddət ərzində tuta bilmədəm və bəzi döngələrdə problem yaşadım. Amma son sessiyada problemi həll etdim. Nəticədə gözləniləndən daha yaxın idik. Yarışda da bolidimiz belə olsa, çox yaxşı olacaq.

Səkkizinci döngədə bir az mübarizə etdim və külək vəziyyəti çətinləşdirdi. Üçüncü sessiyadakı ilk cəhdim çox zəif idi. Əgər ikinci cəhddə nəticəni yaxşılaşdırmasaydım, yarışa 6-cı yerdən başlayardım.

Cümə günü gecə çox iş var idi. Mexaniklər şassini rekord vaxtda yenidən yığdılar”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*