S.Fettel: “Gələn ilin bolidinə fokuslanmışıq”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, artıq gələn ilin bolidinə fokuslanıblar.

F-1.az xatırladır ki, almaniyalı sürücü mövsümün ilk yarısını lider kimi başa vursa da, yay fasiləsindən sonra səhvlər və problemlərə görə çempionluğu əldən vermişdi.

Sebastyan Fettel: “Bolidi yaxşılaşdırmaq üçün yeni şeylər sınaqdan keçirdirik. Son iki həftədir yoxladığımız bütün detallar gələn il üçün idi. Çoxdan gələn ilə fokuslanmışıq. Mövsümü yaxşı nəticələrlə bağlamaq vacibdir. Nəticələr nə qədər yaxşı olsa, əsəbləriniz də o qədər sakit olar. Əlimizdən gələni edirik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*