15 Dekabr 2018, Şənbə - 01:41

S.Fettel: “Ferstappen layiq idi”

S.Fettel: “Ferstappen layiq idi”

Müəllif: Rauf Hacıyev, redaktor

20:25 - 01 İyul, 2018

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, Maks Ferstappen qələbəyə layiq performans göstərib.

F-1.az xatırladır ki, almaniyalı sürücü yarışa 6-cı yerdən başlasa da, startda tras xaricinə çıxaraq bir neçə yer itirib. Lakin daha sonra düzgün taktika seçən dördqat Dünya Çempionu podiumun son pilləsinə yüksələ bilib.

Sebastyan Fettel: “Çox yaxşı yarış idi. Stabil idik. Sona qədər qələbə uğrunda mübarizə aparsaq da, bəs eləmədi. Təbii ki, qələbə qazanmaq gözəl olardı, amma alınmadı. Startda ilk döngədə sıxıldım. Getməyə yerim yox idi. Buna görə də yer itirdim. Üçüncü döngədə eyni hal təkrarlandı və işlər mənim üçün daha da pis oldu. İlk dövrələrdə Haas və Renault ilə mübarizə aparmalı oldum. Daha sonra pitdə vaxt itirdik, amma təkərlərə yaxşı nəzarət edirdik. Nəticədən razıyam. Maks qələbəyə layiq idi. Onu təbrik edirəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 169
Teqlər , , ,
Paylaş

logo