S.Fettel Ferrari ilə uzunmüddətli müqavilə bağlamaq istəmir…

Finlandiyanın İlta-Sanomat nəşri İtaliya mətbuatına istinadən yazıb ki, alman sürücü Ferrari ilə yalnız birillik müqavilə bağlamaq istəyir, çünki uzun illər Skuderiyada qalmaq onu maraqlandırmır.

F-1.az xəbər verir ki, deyilənlərə görə, bu vəziyyət Ferrari-nin prezidenti Serxio Markionnenin və komandanın rəhbəri Mauritsio Arrivabenenin xoşuna gəlmir. Onların üçillik müqavilədə maraqlı olduqları bildirilir. Fettel çox güman ki, 2018-ci ilin sonunda Mercedes-dəki yerlərdən birinin boşalacağına ümid edir və ora keçməyə hazırlaşır.

Həmçinin bildirilir ki, Ferrari artıq hər iki sürücüsü ilə yeni müqavilə barədə razılığa gəlib və bu, Montsada keçiriləcək ev yarışında elan olunacaq…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*