S.Fettel: “Ferrari ilə çempion olmaq istəyirəm”

Keçən mövsüm Ferrari-yə keçən Sebastyan Fettel 3 yarışda qalib gələ bilmişdi. Bu mövsümə isə problemlərlə başlayan almaniyalı sürücü geridə qalan 6 yarışda 2 dəfə 3-cü, 1 dəfə isə 2-ci ola bilib.

F-1.az xəbər verir ki, 28 yaşı olan sürücünün Ferrari ilə müqaviləsi 2017-ci ilin sonunda bitir. Lakin belə görünür ki, Fettelin çempion olmadan Ferrari-dən getmək niyyəti yoxdur.

Sebastyan Fettel: “Yenidən dünya çempionu olmaq istəyirəm. Uğurlu olacayıq və ya olmayacayıq – bunu indi heç kim deyə bilməz. Amma görülən bu qədər işin bir mükafatı olmalıdır”.

Auto Bild-in verdiyi xəbərə görə, Fettel müqaviləsini gələn ilin sonunda daha 3 il uzadacaq və həmin 3 il üçün 100 milyon avro qazanacaq. Kimi Rəykkönenin gələcəyi də hələ ki, dəqiq deyil. Komandanın rəhbəri Mauritsio Arrivabene açıqlamalarında Rəykkönen ilə davam edə biləcəklərinə işarə edib. Lakin onun əvəzinə komandaya Rikkardo, Rosberq, hətta Qrojanın da gələ biləcəyi danışılır.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*