15 Oktyabr 2018, Bazar ertəsi - 15:28

S.Fettel: “Ferrari ən istəkli komandadır”

S.Fettel: “Ferrari ən istəkli komandadır”

Müəllif: Rauf Hacıyev, redaktor

14:11 - 02 İyun, 2016

Sebastyan Fettel Ferrari-nin mövsümün ilk yarışlarında uğursuz çıxışına baxmayaraq, bildirib ki, Ferrari ən istəkli komandadır.

F-1.az xatırladır ki, Ferrari 2015-ci ildə 3 yarış qazanmışdı və yeni mövsümə çempionluq iddiası ilə başlamışdı. Amma italyanlar hələ də yarış qazana bilməyiblər və son yarışlarda Mercedes və Red Bull-dan geridə qalmağa başlayıblar.

Sebastyan Fettel: “Keçən illə müqayisə olunmağımız doğru deyil. Keçən il heç kimin olmadığı bir yerdə idik və həm önümüzdəki, həm də arxamızdakı rəqiblərimizlə fərq böyük idi. Bu il isə fərq çox azdır. Daha yaxın olduğumuzu düşünürəm.

Bizi zirvəyə çıxarmağını istədiyimiz layihəyə bir yerdə başladıq. Hazırkı hədəfimiz rəqiblərimizin hədəflərindən daha istəklidir.

Düşünürəm ki, doğru yoldayıq. İndiyə kimi daha yaxşı iş görə bilərdik. Bəhreyndə mühərriyim partlamasaydı, podiuma çıxardım. Daha çox xal qazana bilərdik və hər şey daha yaxşı ola bilərdi. Amma olmadı və bu reallıqdır. Gələcəyə baxaraq, növbəti yarışa fokuslanırıq. Orada, burada, yarışda, sıralanmalarda maksimumu çıxara bilmədik.

Buna görə də uğursuz olduğumuz sahələrdə uğurlu olmalıyıq, ancaq biz xatırlamalıyıq ki, yaxın zamanlarda yenidənqurma işləri aparan, idarəçiliklərində böyük dəyişikliklər edən komandalara qarşı mübarizə aparırıq.

Əgər şənbə günü daha yaxşı nəticələr qazansaq, bazar günü daha yaxşı nəticələr qazanacağımız məlumdur. Buna görə də nəyin üstündə işləməli olduğumuzu bilirik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 157
Teqlər , , ,
Paylaş

logo