20 Noyabr 2018, Çərşənbə axşamı - 02:15

S.Fettel: “Favorit Mercedes-dir”

S.Fettel: “Favorit Mercedes-dir”

Müəllif: Rauf Hacıyev, redaktor

16:19 - 06 Aprel, 2017

Ferrari komandasının sürücüsü Sebastyan Fettel mövsümün ilk yarışı Avstraliyada qalib gəlsə də, Mercedes-in favorit olduğunu düşünür.

F-1.az xatırladır ki, Fettel Albert Parkda qalib gələrək, Ferrari komandasına ilyarımdan sonra qələbə gətirmişdi.

Sebastyan Fettel: “Mercedes-in favorit olduğunu düşünürəm. İlk yarışda güclü idik, amma bütün yarışlara ayrı-ayrı fokuslanacağıq. Güclü paketə sahib olduğumuzu bilirik, amma onlarla mübarizə aparmaq üçün çox şey etməliyik. Qələbə hamı üçün ən yaxşı dərmandır və bunu əldə etmək əla oldu. Artıq inkişaf etməliyik.

İlk yarışdan sonra bu il keçənilkinə nisbətən güclüyük demək asandır, amma arxada hələ bir yarış qalıb. Komanda inkişaf edib və artıq vəziyyətimiz daha yaxşıdır. İnsanlar da çox rahatdır. Artıq özümüzə daha çox güvənirik. Ümid edirəm ki, yarışda da belə olar.

Çin tamamilə fərqli yarışdır. Hava da çox fərqlidir. Burada həmişə sürprizlər olub. 2007-ci ildəki ilk yarışımda Toro Rosso ilə 17-ci ya da 18-ci başlayıb 4-cü yerdə bitirmişdim. O vaxt yağış kömək etmişdi. Burada hər şey müəmmalıdır. Şanxay təkərlər, bolidlər və sürücülər üçün çətin trasdır. Proqnoz vermək də çətindir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 579
Teqlər , , ,
Paylaş

logo