S.Fettel fanlarına məktub yazıb

Ferrari komandasının sürücüsü Sebastyan Fettel fanlarına məktub yazıb və bildirib ki, komanda doğru yolda addımlar atır...

F-1.az xatırladır ki, Ferrari komandası Barselonadakı mövsümöncəsi testlərdə ən sürətli zaman nəticələrini göstərərək yaxşı təsir bağışlamışdı. Sebastyan Fettel isə müsbət fikirdədir və düşünür ki, komandası ilk yarışdan yaxşı nəticə ilə qayıdacaq.

Almaniyalı sürücü rəsmi saytında fanlarına müraciət edib: “Ümid edirəm ki, İtaliyada hər şey qaydasındadır. İtalyanca yaxşı bilmirəm, ancaq öyrənməyə çalışıram.

Barselona testləri bizim üçün yaxşı keçdi, amma inkişaf etməli olduğumuz sahələr var. Biz doğru yoldayıq və ümid edirəm ki, Avstraliyada yaxşı nəticə qazanacayıq.

Sizi başqalarının yanında başıaşağı etməyəcəyik.

Yeni mövsümə Avstraliya yarışı ilə başlamaq həmişə gözəl olub. Melburn gözəl şəhərdir. Gənc və idman ənənəsi olan yerdir. Buranın xoş atmosferi var.

Ondan başqa oradaki Ferrarı fanları komandalarını dəstəkləməyə gəlirlər. Hətta Asiya qitəsindən də yarışa baxmağa gələnlər olur.

Bu QP-dən hamımız həzz almalıyıq. Hamınızı salamlayıram. Görüşənədək.

Sebastyan”.

Qeyd edək ki, Sebastyan Fettel keçən il çempionatı 3-cü pillədə başa vurmuşdu. Almaniyalı sürücü Həmiltonun hegemonluğunu dayandırmaq istəyir.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*