S.Fettel fanlara xəbərdarlıq edib

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, ötmələrin az olması ilə bağlı şikayətlər yersizdir və fanlar bunu qəbul etməlidirlər.

F-1.az xatırladır ki, Pirelli-nin hesabatına əsasən, bu il ötmələr keçən illə müqayisədə 50 faiz azalıb.

Sebastyan Fettel: “Ümid edirəm ki, gələn il hamı sakitləşər. Bəzi yarışlar darıxdırıcıdır. Burada problem görmürəm. Yeni rekorda ehtiyacımız yoxdur. Ötmələrin çətinləşdiyi doğrudur və xüsusən də arxada və sürətlisinizsə, ötmə edə bilməyəndə əsəbləriniz pozulur. Amma ötmə edəndə bu sizə mükafat qazanmış hissi verir. Ötmə etmək uğur kimi olmalıdır. Bəzən darıxdırıcı yarışlar izləyə bilərsiniz, amma daha sonra daha gözəl və maraqlı yarışlardan həzz ala bilərsiniz”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*