S.Fettel əzəli rəqibinə görə məyus olub

Ferrari komandasının sürücüsü Sebastyan Fettel əzəli rəqibi Həmiltonun vəziyyətinə görə məyus olub.

F-1.az xatırladır ki, britaniyalı sürücü sıralanma turunda hidravlika problemi yaşayaraq maşını dayandırmalı olub.

Sebastyan Fettel: “Lyuisin başına gələnləri gördüm. Amma problemin nə olduğunu bilmirəm. Əsl yarış sabahdır və görək nə olur. Mənim üçün əla sessiya idi. Birinci yeri tutduğum üçün xoşbəxtəm. Həmişə var qüvvəmlə sürüb ən yaxşı nəticəni almağa çalışıram. Lyuisin başına gələnlərə görə məyus oldum. Bunu ürəkdən deyirəm. Bəzən boliddə özünüzü yaxşı hiss edərsiniz və hər şey sizin əlinizdə olar. Bu gün işlər mənim üçün yaxşı getdi və rahatlıqla poul qazandım. Cümə günü gecə çox işlədik və bəhrəsini gördüyümüz üçün xoşbəxtəm. Ümid edirəm ki, yarışda da maksimum nəticə qazanarıq”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*