S.Fettel: “Ən yaxşı maşına sahib deyilik”

Mövsümün əvvəlində hamı Ferrari-nin çox güclü olacağını və qələbələr qazanacağını düşünürdü. Lakin artıq 8 yarışı geridə qoymuşuq və bu yarışlardan 7-də Mercedes AMG, birində isə Red Bull qalib gəlib.

F-1.az xəbər verir ki, son 2 yarışı 2-ci yerdə tamamlayan alman sürücü ən yaxşı maşına sahib olmadıqlarını qəbul edir.

Sebastyan Fettel: “Keçən illə müqayisə etsək görərik ki, irəliyə doğru böyük addımlar atmışıq. Ən yaxşı maşına sahib deyilik və bu, sirr deyil. Amma buna sahib olmaq istəyirik və çalışırıq. Əlimizdən gələni etməyə davam edirik. Başqalarına baxmaq əvəzinə inkişaf etdirə biləcəyimiz yerlərin üzərində işləyirik. Bütün diqqətimizi məhz buna ayırmalıyıq. Təbii ki, güclü olduğumuz sahələr də var.

Biz hər yarışda qələbə üçün mübarizə aparmaq istəyirik. Bəzi trasların xüsusiyyətləri bizə daha uyğun gələ bilər. Avstriyada Mercedes AMG-yə Bakıdakından daha yaxın olacağımıza əminəm. Monrealdakından daha güclü olmaq istəyirik. Bütün sahələrdə müəyyən addımlar atmağa nail olmuşuq. Hətta hamıdan çox inkişaf yolu keçmişik. Bununla qürur duyuruq. Amma kifayət etmir. Biz qələbə qazanmaq üçün buradayıq”.

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*