S.Fettel: “Ən çox həyəcanlandığım gün idi”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, yarışda Red Bull sürücüləri ilə sıx mübarizə gözləyir.

F-1.az xatırladır ki, almaniyalı sürücü ən yaxın rəqibi Maks Ferstappeni 0.3 saniyə qabaqlayaraq, karyerasının 49-cu poulunu qazanıb.

Sebastyan Fettel: “Çox həyəcanlı sıralanma turu oldu. Böyük ehtimalla, bu mövsüm ən çox həyəcanlandığım an idi. Dünəndən sonra bolidi hazır vəziyyətə gətirmək heç də asan olmadı. Amma mühəndislər əla işləyərək, bolidi yaxşı vəziyyətə gətirdilər. Onlara təşəkkür edirəm. Bir az sakit olub, həzz almaq istəyirəm. Sabah bizi böyük mübarizə gözləyir. Red Bull ilk gündən bəri sürətli idi. Bu gün də bunu göstərdilər. Yarışda onlara qarşı diqqətli olmalıyıq. Yarış tempində pis deyilik. Ümid edirəm ki, sabah qələbə qazanarıq”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*