S.Fettel: “Əllisonun yoxluğunu hiss etmirik”

Sebastyan Fettel bildirib ki, yayda komandadan ayrılan Ceyms Əllisonun yoxluğu komandanın 2017-ci il layihəsinə mənfi təsir göstərməyib...

F-1.az xatırladır ki, Ceyms Əllison komandadan bu yay ayrılmışdı və onu baş motorçu Mattia Binotto əvəz etmişdi.

Ferrari o gündən bəri hər açıqlamada Əllisonun yoxluğunu hiss etmədiyini deyir. Komanda Əllison getdikdən sonra qeyri-stabil çıxış edir və mühəndislər çempionatında ikinciliyi Red Bull-a veriblər.

Sebastyan Fettel: “Gələn ilin bolidləri fərqli olduğu üçün yığılması çox tez başlanmışdı. İlin əvvəlində növbəti ilin reqlamentini başa düşmək bir az vaxtımızı aldı.

Ceymsin yoxluğuna öyrəşmək komanda üçün asan deyildi, amma bu layihə ilə bir nəfər maraqlanmır. Onun rolu çox vacib idi və təsiri olacağını düşünə bilərsiniz. Amma, əslində, bu, bizə çox təsir etmədi.

Bazada gələn ilin hazırlıqlarını edirik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*