S.Fettel cərimə ilə razılaşmayıb

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, Formula1-də qırmızı bayraq qaydası səhv tətbiq olunur.

F-1.az xatırladır ki, almaniyalı sürücü Amerika Qran Prisinin sərbəst yürüşlərində qırmızı bayraqlar altında sürətini azaltmadığı üçün startda 3 yer itirmək cəzası alıb.

Sebastyan Fettel: “Qaydalar səhvdir. Mən yavaşladım və ətrafıma baxırdım. Yaş trasda ilk dəfə belə şey olurdu. Limit çox aşağı düşmüşdü. Lazımi sürətə düşmək üçün 40-50 km/saat sürətə qədər düşməli idim. Amma, məncə, bunu etmək doğru deyildi. Çünki arxamda rəqibim olsaydı, mənə çırpıla bilərdi. Lakin cəza almamaq daha vacibdir. Stüardlar qəti danışdılar və yavaşlamağımın 27.7 saniyə çəkdiyini dedilər. Qırmızı bayrağı görüb yavaşladım və 9-cu, 10-cu döngələrdə divara çırpılmış maşın axtardım. Sonra isə qaydalara riayət etmək üçün yavaşladım. Yavaşlamağımın uzun çəkdiyini dedilər. Məncə, bu normal haldır. Bəlkə, sistemlərində problem var. Bilmirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*