S.Fettel: “Çempionuq Sinqapurda getdi”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, Sinqapur yarışı çempionatda dönüş nöqtəsi olub.

F-1.az xatırladır ki, almaniyalı sürücü öz vətənində qəza edib mübarizəni dayandırdıqdan sonra liderliyi itirmişdi. Sinqapurda isə Fettel əsas favorit sayılsa da, Həmilton həm sıralanma turunda, həm də yarışda mükəmməl performans göstərərək qalib gəlmişdi.

Sebastyan Fettel: “Çempionluq, məncə, Sinqapurda getdi. Oradan sonra Mercedes-lə mübarizə apara bilmədik. Bundan başqa səhvlərim üzündən lazımi xalları yığa bilmədik. Almaniyadakı insidentdən sonra özümə sərt yanaşmadım. Bu il çox səhvim olsa da, ən baha başa gələn o idi. Heyif ki, bu hallar yarışların bir hissəsidir. Lakin hər şey geridə qaldı”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*