19 Noyabr 2017, Bazar - 19:41

S.Fettel: “Çempionluq barədə düşünmürəm”

S.Fettel: “Çempionluq barədə düşünmürəm”

Müəllif: Rauf Hacıyev, redaktor

19:12 - 01 İyun, 2017

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, Dünya Çempionu titulunu çox istəsə də, 6 yarışdan sonra bu barədə danışmaq doğru deyil.

F-1.az xatırladır ki, almaniyalı sürücü builki bütün yarışlarda podiuma çıxmaqla, 3 dəfə qalib gəlib və hazırda əsas rəqibi Həmiltonu 25 xal qabaqlayır.

Sebastyan Fettel: “Hazırda çempionluq barədə danışmaq üçün çox tezdir. Yay tətilinə qədər bacardığım qədər çox xal toplamağa çalışacam. Onsuz da hər yarışdan maksimum xal toplamağa çalışsanız, çempion olmaq asanlaşır. Hər yarışı qazanmaq mükəmməl olar, lakin bu çox çətin məsələdir. Real hədəf hər yarışda podiuma yüksəlməkdir. Ümid edirəm ki, mövsümün sonunda çempion olarıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 743
Teqlər ,
Paylaş

logo