S.Fettel Çempionlar Yarışından imtina edib?

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bütün qışı komandasının inkişafına fokuslanmaq üçün Çempionlar Yarışında çıxış etməyəcək.

F-1.az xatırladır ki, almaniyalı sürücü 2007-2012-ci illərdə həmvətəndaşı və idealı Mixael Şumaxerlə Almaniyanı təmsil etmiş və ölkəsinə ardıcıl 6 dəfə Millətlər Kubokunu qazandırmışdı. 30 yaşlı sürücü 2015-ci ildə Çempionlar Çempionu olmuş və 2017-ci ildə ölkəsinə təkbaşına yenidən Millətlər Kubokunu gətirmişdi.

Sebastyan Fettel: “Yeganə hədəfim Ferrari-ni zirvəyə qaldırmaqdır. Bunun üçün çalışıram. Maranelloya çempionluq gətirmək mükəmməl olacaq. Eynilə Mixael Şumaxerin etdiyi kimi. O, mənim üçün qəhrəmandır. Ona görə də ilk testlərə qədər simulyatorda çalışacam”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*