18 Noyabr 2018, Bazar - 01:49

S.Fettel: “Bu qədər zəif olacağımızı gözləmirdik”

S.Fettel: “Bu qədər zəif olacağımızı gözləmirdik”

Müəllif: Rauf Hacıyev, redaktor

21:15 - 15 Aprel, 2017

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, Bəhreyndəki sıralanma turunda Mercedes-in üstün olmasını gözləyirləsələr də, fərq düşündüklərindən çox olub.

F-1.az xatırladır ki, italyanlar sərbəst yürüşlərdə güclü performans nümayiş etdirsələr də, sıralanma turunda hər iki Mercedes sürücüsünə də məğlub olublar.

Sebastyan Fettel lider Bottasdan 0.478 saniyə geri qaldıqdan sonra bu açıqlamaları verib: “Sözün açığı, zəif olduğumuzu bilirdik, amma fərqin bu qədər olması bizi təəccübləndirdi. Sıralanma turunun son sessiyasında itirəcək heç nəyim olmadığı üçün maksimum həddə sürdüm və buna görə də bir neçə yerdə səhv etdim. Heyif ki, bu gün Mercedes ilə eyni səviyyədə deyildik. Ümid edirəm ki, yarışda tempimiz daha yaxşı olar. Yarış tempi cəhətdən yaxşı görünürdük. Buna görə də ümidim var. Gözəl start alıb iki Mercedes-in arasına girsəm, qələbə uğrunda mübarizə apara bilərəm. Bizi uzun yarış gözləyir və bugünkü məlumatları incələyərək, zəif tərəflərimizi tapmaq istəyirik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 305
Teqlər , , , ,
Paylaş

logo