S.Fettel: “Bottasa keçənilki startı xatırlatdım…”

Bu gün Soçidə sıralanma turunda yalnız üçüncü olmağı bacaran Sebastyan Fettel etiraf edib ki, Mercedes-lə mübarizə aparmağa maşına sürət çatmayıb.

F-1.az bildirir ki, Fettel tribunalara toplaşan qırmızı azarkeşlərə söz verib ki, sabah yarışın startında rəqiblərini qabaqlamağa çalışacaq…

Sebastyan Fettel: “Baxaq görək sabah nə olacaq. Startda və ya sonra Mercedes-lərə yaxın olmaq lazımdır. Onlar çox sürətlidirlər. Sabah bizi uzun yarış gözləyir, yarışda təkərlərin yeyilməsi vacib rol oynayacaq.

Sıralanmada fərq elə də böyük deyildi, amma sürətimiz çatmırdı ki, Mercedes üçün ciddi təhlükə yaradaq. Son sektorda kiçik səhvə yol verdim, amma başa düşürdüm ki, yarım saniyəlik fərqi aradan qaldırmalıyam. Cəhd etdim, amma alınmadı. Yekun nəticədən razıyam, maşın qaydasındadır, yarışa da nikbin köklənmişik.

Ümid edirəm ki, startda da şansım olacaq. Bir az əvvəl Valtteri ilə danışırdım və ona keçən il startda baş verənləri xatırlatdım (gülür). Bəlkə sabah məndə də alınacaq. Əlbəttə, belə start əla olardı, amma çox şey yerindən tərpənməyimdən asılı olacaq. Baxaq görək ilk iki döngədə nə baş verəcək, sonra isə bizi uzun və çətin yarış gözləyir. Əlbəttə, irəli çıxmaq şansı olsa, mən yararlanacam…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*