20 Noyabr 2017, Bazar ertəsi - 06:03

S.Fettel bolidlərin yeni səsindən razıdır

S.Fettel bolidlərin yeni səsindən razıdır

Müəllif: Rauf Hacıyev, redaktor

08:44 - 25 Fevral, 2016

Ferrari sürücüsü Sebastyan Fettel yeni səsburaxma sistemləri barədə açıqlama verib və o bildirib ki, yeni səslər daha çox Formula1 səsinə bənzəyir…

F-1.az xatırladır ki, turbo mühərriklərindən sonra Formula1 bolidlərinin səsi həmişə tənqid edilirdi. Bolid səslərini artırmaq üçün qazburaxma boruları iki yerə ayrılıb. Beləliklə, komandalar artıq minimum 2, maksimum 3 borudan istifadə edə bilərlər.

Sebastyan Fettel bildirib ki, o bu həftəki testlərdə səs dəyişikliyini hiss edib: “Onu deyə bilərəm ki, köhnə gözəl səslər yenidən qayıdıb.

Səs əvvəlki illərə nisbətən daha yaxşıdır və indi bir az Formula1 səsinə bənzəyir”.

Mercedes AMG komandasının texniki heyəti yenilənmiş qazburaxma sistemini müxtəlif testlərdə yoxlayıb və səs 106 dB-dən yüksək olub.

Mercedes AMG komandasının sürücüsü Niko Rosberq də Sebastyan Fettellə razı olduğunu deyib: “Mühərrik səsləri artıq daha yüksəkdir.

Təbii ki mükəmməl deyil. Mükəmməl olması üçün səs daha yüksək olmalıdır, amma hazırda bu sistem var və buna öyrəşməliyik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 159
Teqlər , , ,
Paylaş

logo