S.Fettel: “Bolid sürüşür”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, Red Bull həmişə ilk sərbəst yürüşlərdə sürətli olur.

F-1.az xatırladır ki, Red Bull sürücüləri Monakoda cümə axşamı sərbəst yürüşlərində sürətli təsir bağışlayıblar və hər iki sessiyada ilk iki yeri tutublar. Fettel isə cümə axşamını 3-cü yerdə bağlayıb.

Sebastyan Fettel: “Red Bull-dan sürətli ola bilərikmi? Niyə də yox? Cümə günləri Red Bull bir az güclü görünür. Görək bu dəfə də eyni ənənə davam edəcəkmi. Biz öz işimizlə məşğul olmalıyıq.

Boliddə özümü rahat hiss edirdim. Bolid bir az sürüşsə də, əyləndim. Tras çətindir və səhv etmək olmaz. Bir az çox sürüşürdüm. Amma sürüşmənin həddini biləndə problem olmur. Bilirdim ki, baryerlərə çırpılmayacam. Bir şeyi sınamadan əvvəl iki dəfə düşünmək lazımdır. Amma şəhər tipli traslar belə olmur. İndi isə sürüşmə problemini həll etməliyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*