20 Oktyabr 2017, Cümə - 16:30

S.Fettel: “Bolid özbaşına sola gedirdi”

S.Fettel: “Bolid özbaşına sola gedirdi”

Müəllif: Rauf Hacıyev, redaktor

18:39 - 30 İyul, 2017

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, Macarıstan yarışının birinci dövrəsindən etibarən sükan problemi ilə boğuşub və bu hal daha sürətli olan komanda yoldaşı Rəykkönen üçün yaxşı olmayıb.

F-1.az xatırladır ki, almaniyalı sürücü yarışa yaxşı start verib fərqi artırsa da, yaşadığı sükan probleminə görə Rəykkönenlə açdığı fərq azalıb. Lakin buna baxmayaraq, almaniyalı sürücü liderliyini sona qədər qoruyaraq, yarışı qazanıb.

Sebastyan Fettel: “Sevincdən uçuram. Doğrudan da çətin yarış idi. Kənardan bəlkə elə görünmürdü, amma təhlükəsizlik avtomobilindən sonra çox çətinlik çəkdim. Nəsə düzgün getmirdi. Sükan özbaşına sola gedirdi. Bolidi qorumaq üçün porebriklərdən uzaq qalmağa çalışdım. Bu heç asan deyildi. Daha sürətli gedə biləcək Kimi üçün yaxşı hal deyildi. Tempim heç yox idi.

Yarışı qazandığımız üçün bu vacib deyil. Düzlükdə gedirsən və sükan sabit qalmır. Sağa dönən döngələrdə problem olmurdu, amma sükan davamlı dəyişirdi. Belə olan halda, sükanı daha çox döndərməli idim”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 294
Teqlər , , ,
Paylaş

logo