11 Dekabr 2018, Çərşənbə axşamı - 13:10

S.Fettel: “Bizim şansımız yox idi”

S.Fettel: “Bizim şansımız yox idi”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

19:17 - 16 Sentyabr, 2018

Favoriti sayıldığı Sinqapur yarışını 3-cü yerdə bitirən Sebastyan Fettel bildirib ki, maşına sürət çatmırdı.

F-1.az bildirir ki, Marina Bay trasında Fettel podiumu tamamlasa da, bu yarışda qalib gələn Lyuis Həmilton çempionatda üstünlüyünü 40 xala çatdırıb…

Sebastyan Fettel: “Bu gün bizim kifayət qədər sürətimiz yox idi. İlk dövrələrdə aqressiv olmağa çalışdım, amma faydası olmadı. Bundan sonra biz fərqli strategiya seçdik – digərlərindən fərqli olaraq, daha yumşaq tərkibə üstünlük verdik. Bu təkər dəsti ilə finişə çatmağıma ümidim yox idi – planda ikinci pit-stop yox idi, bununla daha çox vaxt itirə bilərdim. Ona görə də bütün diqqətimi bu təkərlərlə finişə çatmağa cəmlədim.

Hazırda mən titul barədə deyil, bugünkü yarış barədə düşünürəm – bu gün bizim şansımız yox idi. Çox güman ki, problem maşında idi – bu gün bizə sürət çatmırdı. Cümə günü demişdim ki, bizim əsas düşmənimiz elə özümüzük, Sinqapurda da öz potensialımızdan maksimum istifadə edə bilmədik…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 392
Teqlər
Paylaş

logo