S.Fettel: “Bir-birimizin səhvini gözlədik”

Belçika yarışında ikinci yeri tutan Sebastyan Fettel bildirib ki, Həmiltonla aralarında yaxın mübarizə olub və qazana bilmədiyi üçün məyusdur.

F-1.az xatırladır ki, yarış ərzində iki sürücü arasındakı fərq 1.8 saniyədən artıq olmayıb.

Sebastyan Fettel: “Yarış həzz verdi. Bir-birimizə yaxın idik, amma bu lazımi qədər deyildi. Hər dövrə Lyuisin səhv etməsini gözləyirdim, amma alınmadı. Böyük ehtimalla, o da eynisini məndən gözləyirdi. Lakin səhvsiz yarış oldu. Təhlükəsizilik Avtomobili trasdan çıxan kimi hücum etsəm də, düzlükdə tempimiz yaxşı deyildi. Orda ötmə edə bilməyəndən sonra şansım qalmadı. Buna görə də məyusam. Amma həftəsonundan həzz aldım. Silverstouna nisbətən yaxşı vəziyyətdəyik və bu yaxşı xəbərdir. Növbəti yarış öz evimizdədir. Ümid edirəm ki, orada qalib gələrik”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*