14 Dekabr 2018, Cümə - 14:05

S.Fettel: “Belə vəziyyətdə qərar qəbul etmək çətindir”

S.Fettel: “Belə vəziyyətdə qərar qəbul etmək çətindir”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

22:52 - 10 Noyabr, 2018

Bir az öncə sıralanma turunda ikinci nəticə göstərən Ferrari-nin sürücüsü etiraf edib ki, son cəhdində səhvə yol verib.

F-1.az bildirir ki, Fettel və Lyuis Həmilton sabah F1 tarixində 34-cü dəfə birinci cərgəni bölüşəcəklər – Alen Prost və Ayrton Senna da 34 dəfə birinci cərgədən yanaşı start almışdılar.

Sebastyan Fettel: “Sıralanma turu şən keçdi, 8-ci döngədə təkərləri bloka saldım, amma birinci sektoru yaxşı keçdiyim üçün dövrəyə davam etməyi qərara aldım. Amma yenə də səhvə yol verdim və nəticəmi yaxşılaşdıra bilmədim.

Dəyişkən hava şəraitində hər hansı bir qərar qəbul etmək çətindir. Biz boksdan çox şey görmürük, hisslərimizə uyğun hərəkət edirik. Komandanın hava şəraiti barədə aldığı məlumata etibar etməli oluruq – komanda həm də başqa sürücülərin seçimləri barədə də məlumat verir.

Trasda vəziyyət belə olanda sıralanma turunun gedişinə hər şey təsir edə bilər, ona görə də hesab edirəm ki, bu gün bizim bəxtimiz gətirdi, axı hamımız eyni vəziyyətdə idik…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 227
Teqlər
Paylaş

logo