14 Noyabr 2018, Çərşənbə - 15:40

S.Fettel arxayınlaşmaq istəmir

S.Fettel arxayınlaşmaq istəmir

Müəllif: Rauf Hacıyev, redaktor

10:16 - 09 Mart, 2018

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, SF71H hələ inkişaf etməlidir.

F-1.az xatırladır ki, almaniyalı sürücü testlərin 7-ci günündə 188 dövrə vuraraq, 1:17.182 zaman nəticəsi ilə Barselona trasının rekordunu qıran dördqat Dünya Çempionu günü 1-ci yerdə başa vurub.

Sebastyan Fettel: “Performans üzərində işləməliyik. Məncə, zaman nəticələrinə baxmaq doğru olmaz. Məncə, trasdakı şəraitə görə sürətləndik və rəqiblərimizə nisbətən fərqli rejimdə işləyirdik. Ümumilikdə, çoxlu dövrə vurduq və yarış tempindən başqa dövrələr vurmağa vaxtımız qaldı. Bunlar bolidi anlamaq üçün vacibdir. Bolidə oturandan sonra özümü yaxşı hiss edirəm. Bolidlə bağlı müəmmalarımız var və bu hal labüddür. Asfalt qatı dəyişdiyi üçün keçən illə müqayisə aparmaq çətindir. Amma inkişaf etmişik. Rəqiblərimizin əsl gücünü Melburnda görəcəyik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 145
Teqlər ,
Paylaş

logo