S.Fettel: “Arrivabene barədə çıxan xəbərlər axmaqlıqdır”

Kimi Rəykkönen bildirib ki, Mauritsio Arrivabene onun indiyə qədər işlədiyi ən yaxşı komanda rəhbəridir...

F-1.az xatırladır ki, Mauritsio Arrivabene 2014-cü ildə Marko Matiaççini əvəz edərək, Ferrari komandasının rəhbəri olmuşdu.

Ferrari hələ də Mercedes-in səviyyəsində olmasa da, italyanlar keçən mövsüm 3 qələbə qazana bilmişdilər.

Rəykkönen inanır ki, Arrivabene Ferrari üçün doğru adamdır: “O ən yaxşı komanda rəhbəridir. Bu iş üçün doğru adamdır və işini yaxşı görür.

Komanda… Bir yerdə yaxşıyıq və getmək istədiyimiz yerə gedəcəyik. Amma bunu etmək asan deyil”.

Fettel Arrivabenenin göndəriləcəyi barədə çıxan xəbərləri axmaqlıq kimi qiymətləndirib: “O, işini çox yaxşı görür. Komandaya liderlik edir. Digər insanlar ona sözünü asanlıqla deyə bilir. Komanda üçün çoxlu vaxt sərf edir.

Son günlərdə çıxan bəzi xəbərlərin axmaqlıqdan ibarət olduğunu bilir. Çox xoşbəxtəm. Başqası olsaydı, komanda indiki kimi yaxşı vəziyyətdə olmazdı”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*