S.Fettel 5-ci çempionluğunu Ferrari ilə qazanmaq istəyir

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, komandasına güvənir və bir yerdə uğur qazanacaqlar.

F-1.az xatırladır ki, Fettel Fyoranoda Pirelli-nin yağış təkərlərini test etmək üçün sükan arxasına keçmiş və qəza edərək, mövsümə pis başlanğıc etmişdi. Amma bu tərsliklərə baxmayaraq, almaniyalı sürücü Formula1 üzrə 5-ci Dünya Çempionu titulunu Ferrari ilə qazanmaq istəyir. 29 yaşlı sürücü açıqlamasında “Ferrari ilə Dünya Çempionu olmaq planlarım davam edir. Hələ də bunu edə biləcəyimə inanıram” deyib.

Xatırladaq ki, Fettelin “qırmızılar”la olan müqaviləsi bu ilin sonunda bitəcək. Amma tərəflər yeni müqavilə üçün hələ də danışıqlara başlamayıblar. Ferrari komandasının rəhbəri Mauritsio Arrivabene də “Fettel müqaviləyə yox, mübarizəyə fokuslanmalıdır və özünü isbat etməlidir” demişdi.

Niko Rosberq istefa verdikdən sonra Fettel son 3 ilin çempionu Mercedes üçün ən real namizədlərdən sayılırdı. Amma Bottasın müqaviləsi birillik olduğu üçün Fettel 2018-ci il üçün yenə də ən real namizədlərdən sayılır.

Amma Fettel bildirib ki, Maranellodan ayrılan deyil: “Formula1 üzrə Dünya Çempionluğunu daha tez qazanmaq üçün Ferrari-dən ayrılmayacam. Uğur özbaşına gəlmir və hədəflərimiz asanlıqla əldə ediləcək hədəflər deyil. 2016-cı ilə baxanda Ferrari-nin hazırkı vəziyyəti məni təəccübləndirdi. Ferrari ilə münasibətimin doğru olduğunu bilirəm. Komanda insanların düşündüyündən çox inkişaf edib. Buna görə də komanda olaraq hədəflərimizə çatacağımıza əminəm”.

Nəticələrə görə 2016-cı il mövsümü Ferrari-nin xatırlamaq istəmədiyi mövsüm oldu. İdarəçilərin dəyişməsi, qorxu və təzyiq altında komandanı yenidənqurmaq əsas problemlərdən idi. Bütün bu fəlakətlərdən sonra Ferrari 3-cü yerə yuvarlanıb.

Sebastyan Fettel: “2017-ci ildə nələrin dəyişəcəyini bilmirik. Bu hər mövsümdən əvvəl soruşulan və heç kimin cavab verə bilməyəcəyi sualdır. Amma keçmişdən çox dərs çıxardıq və bu bizi daha güclü komanda halına gətirəcək. Mercedes ilə aramızdakı fərq 2016-cı ildə azaldı, amma keçən il Ferrari üçün asan olmadı. Aldığımız nəticələri düzgün şərh etmirlər. Tənqidlər ədalətli deyil, çünki Ferrari çox inkişaf etdi”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*