24 Oktyabr 2017, Çərşənbə axşamı - 15:14

S.Fettel 2016-cı ildə uğur qazanacaqlarına inanır

S.Fettel 2016-cı ildə uğur qazanacaqlarına inanır

Müəllif: Rauf Hacıyev, redaktor

08:27 - 28 Yanvar, 2016

Scuderia Ferrari komandasında çıxış edən Sebastyan Fettel ümid edir ki, onlar 2016-cı ildə Mercedes AMG komandasını keçəcəklər…

F-1.az xəbər verir ki, Formula1-də yeni mövsümün başlamasına 2 aydan az vaxt qalıb. Buna baxmayaraq, Sebastyan Fettel əmindir ki, Ferrari Mersedes ilə fərqi azaldıb.

Daha əvvəl də xəbər vermişdik ki, almaniyalı sürücü Pol Rikar trasında keçirilən Pirelli yağış təkər testlərini birinci yerdə başa vurub.

Qış testləri gələn ay Barselonada başlayacaq. Buna baxmayaraq, Fettelin hədəfi birincilikdir. O düşünür ki, mövsümün ilk yarışı olan Avstraliyada Ferrari komandası Mercedes AMG ilə mübarizə apara biləcək: “Avstraliyada qalib gəlmək mükəmməl olar, amma bizim hədəfimiz mövsümün sonunda çempion olmaqdır”.

Sebastyan Fettel jurnalistlərin digər suallarına da cavab verib. Sizə həmin sual-cavabları təqdim edirik.

– Təkərlərlə bağlı ilk təəssüratlarınız necədir?

– Onlarla trasa çıxmaq əyləncəli idi, amma müxtəlif növ təkərlərdən istifadə etdik. Ona görə də hansının daha yaxşı olduğunu deyə bilmirəm

– Builki təkərlərlə keçənilki təkərlər arasında hər hansı bir fərq varmı?

– Builki təkərlərlə keçənilki təkərləri müqayisə etmək doğru deyil. Trasın bəzi yerlərində builki təkərlər yaxşıdır, bəzi yerlərində keçənilki təkərlər. Bizim üçün faydalı gün idi. Nəticələr yaxşı görünür.

– Qış testlərinə qədər nə etməyi planlaşdırırsınız?

– Maranelloya gedib simulyatorda işləyəcəm və fiziki cəhətdən özümü təkmilləşdirəcəm.

– Yeni ildə Ferrari-nin prezidenti Sercio Markionne demişdi ki, dekabr ayında komandanın nə qədər yaxşı olması önəmli deyil. Hər şey Avstraliyada məlum olacaq. Siz necə düşünürsünüz?

– Prezidentimizin bizə “Avstraliyada qazanın” deməsinə ehtiyac yoxdur. Biz onsuz da bunu bilirik. Bəzi şeylər dəyişib. Barselonada hər şeyi görəcəyik. Yeni bolidimizi təkmilləşdiririk. Çalışacayıq ki, Avstraliyada maksimum nəticə qazanaq…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 210
Teqlər , , , , , ,
Paylaş

logo