20 Oktyabr 2017, Cümə - 08:53

S.Fettel 16 ildən sonra Ferrari-yə qələbə gətirmək istəyir

S.Fettel 16 ildən sonra Ferrari-yə qələbə gətirmək istəyir

Müəllif: Rauf Hacıyev, redaktor

18:05 - 25 May, 2017

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, Ferrari komandasına 16 ildən sonra Monakoda qələbə gətirə bilər.

F-1.az xatırladır ki, Ferrari Monakoda son qələbəsini 2001-ci ildə Şumaxerlə, son poulunu isə 2008-ci ildə Massa ilə qazanıb.

Sebastyan Fettel: “Çox güclü yeni paketimiz var. Buna görə də qorxmuruq. Son illərdə Mercedes-in burada çox güclü olduğunu bilirik. Buna görə də onları məğlub etmək lazımdır. Əminəm ki, yaxşı həftəsonu keçirəcəyik.

Burada poul qazanmaq mümkündür. Monte Karloda özümüzə güvənməmiz üçün yaxşı ritm tutmalıyıq. Bolidimizə güvənməliyik. Doğru sazlanmaları tapmalıyıq.

Ən vacibi isə ilk 5 yarışda yuxarıda olmağımız idi. Hər şey bir az fərqli olsa, bütün yarışları qazana bilərdik. Ancaq alınmadı. Bəzən bəxtimiz gətirmədi. Amma önümüzdə uzun mövsüm var. Öndə olmağımız həmişə vacibdir. Bəzən cümə günləri pis keçdi, lakin yarışda öndə ola bildik. Ən vacibi budur. Bizim güclü paketimiz və bolidimiz var. Doğru yoldayıq və narahat deyilərm. İndiyə qədər layiq olduğumuz xalları qazandıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 72
Teqlər , , ,
Paylaş

logo