S.Ferruççi Haas ilə müqavilə bağlayıb

Haas komandası developer sürücüsünün adını açıqlayıb. Bu gənc amerikalı sürücü Santino Ferruççidir...

F-1.az xəbər verir ki, Santino Ferruççinin 17 yaşı var. Amerikalı sürücü keçən il Avropa Formula3 seriyasında yarışıb və mövsüm ərzində bir podium qazanaraq, 11-ci yeri tutub.

Ferruççi bu il GP3 seriyasında çıxış edəcək və eyni zaman Haas komandasının developer sürücüsü olacaq.

Ferruççi Haas komandası ilə bağlı təəssüratlarını bildirib: “Mən yarışmağa başlayanda qarşımda bir məqsəd var idi. O da Formula1-də mübarizə aparmaq idi. Haas komandasının üzvü olmaq qürurvericidir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*