S.Ferruççi Haas-da qalır

Haas-ın amerikalı devoloper sürücüsü Santino Ferruççi bu il də komandada fəaliyyətini davam etdirməklə, həm də GP3-də DAMS komandasının şərəfini qoruyacaq.

F-1.az xatırladır ki, Santino Haas-ın tərkibində keçən il iyul ayında Silverstoundakı mövsümiçi testlərdə iştirak etmişdi.

Günter Ştayner: “Biz çox məmnunuq ki, Ferruççi bizimlə işləməyə davam edəcək və ümid edirik ki, GP3-də özünü daha da inkişaf etdirəcək. Onun keçən yay Silverstoundakı çıxışı bizdə xoş təəssürat yaradıb. Santino gənc və böyük potensialı olan sürücüdür. O, komandamızda və DAMS-ın heyətində çox şey öyrənir”.

Santino Ferruççi: “Ötən il mən Haas-a qoşulanda dedim ki, avtoidman karyeram başlayan gündən Formula1-də çıxış etməyi istəmişəm. Bir amerikalı kimi, ABŞ komandası ilə əməkdaşlıq etmək mənim üçün fəxrdir. Keçən il mən Haas-da və GP3-də iştirak edərək DAMS komandasının heyətində çox şey öyrənmişəm. Çünki mən hər iki tərəfdəki işlərimi birləşdirərək daha tez təcrübə toplaya bilirəm. Hiss edirəm ki, mövsümə daha yaxşı hazıram və mövsümün başlamasını səbirsizliklə gözləyirəm”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*