19 Noyabr 2017, Bazar - 08:46

S.Domenikali Lamborghini-yə başçılıq edəcək

S.Domenikali Lamborghini-yə başçılıq edəcək

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

20:42 - 23 Fevral, 2016

2014-cü il mövsümünün uğursuz startından sonra Ferrari-nin bütün günahlarını üzərinə götürən Stefano Domenikali mövsümün ortasında komandanı tərk edərək bir neçə aydan sonra Audi şirkətinin təklifini qəbul etmişdi. Keçən ilin sonunda isə italiyalı mütəxəssisin Volkswagen konserninə daxil olan başqa bir şirkətə – Lamborghini-yə keçməsi barədə şayiələr peyda olmuşdu.

F-1.az bildirir ki, bu gün həmin şayiələr rəsmən təsdiq olunub. Domenikali Lamborghini-nin prezidenti və baş icraçı direktoru vəzifəsini icra edəcək. Domenikalinin sələfi Stefan Vinkelman isə Audi Quattro GmbH bölməsinə təyinat alıb.

Stefano Domenikali: “Mən çox şadam ki, belə bir böyük irsi olan şirkətin qarşısında duran vəzifələri həll etməli olacam. Mənim vəzifəm sələfimin nail olduğu uğurları inkişaf etdirməkdir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 160
Teqlər , , , ,
Paylaş

logo