15 Noyabr 2018, Cümə axşamı - 16:41

S.Buemi Toro Rosso-nun bazasına niyə çağırılıb?

S.Buemi Toro Rosso-nun bazasına niyə çağırılıb?

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:18 - 05 Sentyabr, 2018

Red Bull komandası Toro Rosso-dan Pyer Qaslini Daniel Rikkardonun yerinə götürdükdən sonra törəmə komandada vakant yer əmələ gəlib.

F-1.az xatırladır ki, konsernin avtoidman məsləhətçisi Helmut Marko keçən həftə bildirmişdi ki, vakant yerə namizədlərin siyahısında ondan çox ad var, Red Bull komandasının başçısı Kristian Horner isə, hətta, Daniil Kvyatla danışıqların aparıldığını açıqlamışdı.

İstənilən halda, Toro Rosso rəsmən heyətini açıqlayana qədər bu mövzuda şayiələrin sayı-hesabı olmayacaq. Bundan başqa, italyanlar özləri də istəyirlər ki, qarşıdakı müddətdə daim mətbuatın diqqətində olsunlar. Bu günlərdə onlar jurnalistləri bir qədər də qızışdırıblar, belə ki, Fayentsada komandanın bazasında Sebastyen Bueminin oturacaq sazlanması etdiyi xəbərini yayıblar.

Toro Rosso-nun mətbuat xidməti qısa xəbərdə: “Bizim ehtiyat sürücümüz növbəti dəfə oturacaq sazlanması üçün bu gün bazaya baş çəkib” – deyib, xəbər isə sürücünün şəkli ilə müşayiət olunub.

Xatırladaq ki, Buemi 2009-2011-ci illərdə komandanın şərəfini qoruyub və hələ də komanda ilə sıx əlaqə saxlayır. Bu dəfə Bueminin oturacaq sazlanmasını nəyə görə keçdiyi bəlli deyil, amma belə bir xəbərdən sonra isveçrəli sürücünün F1-ə qayıtması ehtimalı çox yüksəlib….


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 206
Teqlər ,
Paylaş

logo