22 Noyabr 2017, Çərşənbə - 13:01

S.Buemi bundan sonra da Red Bull-un Formula1 proqramında iştirak edəcək

S.Buemi bundan sonra da Red Bull-un Formula1 proqramında iştirak edəcək

Müəllif: Elçin Zodorov, redaktor

16:42 - 08 Fevral, 2016

Formula1-də 2009-cu ildə Toro Rosso-da debüt edən Sebastyen Buemi 2012-ci ildən etibarən Red Bull-un test pilotu kimi çalışır.

F-1.az xatırladır ki, Red Bull komandası keçən həftə Pyer Qaslinin test pilotu olacağını açıqlamışdı. Bu təyinatdan sonra Bueminin taleyinin necə olacağı hər kəs üçün maraqlı idi.

Toyota GAZOO Racing komandasının tərkibində WEC-də, Renault e.dams ilə Formula E seriyasında iştirakını davam etdirən 27 yaşlı isveçrəli Sebastyen Buemi bildirib: “Qaldığım yerdən davam edəcəm. Red Bull-dayam və simulyator üzərində işləməyə davam edəcəm. Məlumatım bundan ibarətdir”.

Xatırladaq ki, 2009-cu ildən 2011-ci ilə qədər Formula1-də iştirak edən Buemi 55 yarışa çıxıb. Ən yaxşı nəticəsi debüt ilində Avstraliya və Braziliya yarışlarında tutduğu 7-ci yer olub.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 012
Teqlər , , , , , ,
Paylaş

logo