18 Noyabr 2017, Şənbə - 00:54

S.Börd: “Pulum olmadığı üçün Formula1-də yarışa bilmədim”

S.Börd: “Pulum olmadığı üçün Formula1-də yarışa bilmədim”

Müəllif: Rauf Hacıyev, redaktor

07:26 - 10 Fevral, 2016

Mercedes AMG komandasının keçmiş test pilotu Səm Börd bildirib ki, Formula1-də yarışmamasının səbəbi pulsuzluq olub…

F-1.az xəbər verir ki, Səm Börd 2010-2014-cü illərdə Mercedes AMG komandasında test pilot olub. Britaniyalı sürücü bu müddət ərzində Mixael Şumaxer, Lyuis Həmilton və Niko Rosberq ilə işləyib.

Xatırladaq ki, 29 yaşlı sürücü hazırda Formula E seriyasında yarışır və DS Virgin Racing komandasının şərəfini qoruyur.

Börd bildirib ki, onun qəhrəmanı Mixael Şumaxerdir: “Şumaxer həyatımda gördüyüm ən böyük və ən güclü sürücü idi. Bəxtəvər idim, çünki onunla işləmə şansım oldu. Bu inanılmaz hiss idi”.

Britaniyalı sürücü Formula1-də yarışa bilməməsi səbəbini də deyib: “Formula1-də niyə yarışa bilmədim? Çünki üstümdə 20 milyon avro dəyərində çek yox idi. F1-in yerinə Formula E-də yarışıram və burada pul qazanıram”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 232
Teqlər , , , , ,
Paylaş

logo