19 Sentyabr 2018, Çərşənbə - 11:32

S.Abitebul yanacaq şirkətini gübahlandırır

S.Abitebul yanacaq şirkətini gübahlandırır

Müəllif: Rauf Hacıyev, redaktor

13:09 - 18 İyun, 2018

Renault Sport-un rəhbəri Siril Abitebul bildirib ki, Red Bull komandası yanacaq fərqinə görə əsas rəqibləri Ferrari və Mercedes-dən geridə qalır.

F-1.az bildirir ki, Red Bull komandası Exxon/Mobil, Renault və digər müştərisi McLaren isə BP/Castroll yanacaqlarından istifadə edirlər.

Siril Abitebul: “Sözün açığı, Red Bull-un qələbəsini istəyərəm. Buna yaxın olsalar da, rəqibləri ilə eyni səviyyədə deyillər. Fərqli yanacaqla güclü ola bilərdilər. Bizim işlətdiyimiz yanacaqdan istifadə etsəydilər, daha yaxşı performans göstərərdilər. Amma biz də mühərriyi təkmilləşdirməliyik. Bunun üçün əlimizdən gələni edəcəyik. Ümid edirəm ki, Ferrari və Mercedes-lə fərqi qapadarıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 93
Teqlər , , , ,
Paylaş

logo