S.Abitebul: “Yanacaq limiti ləğv edilməlidir”

Renault komandasının icraçı direktoru Siril Abitebul bildirib ki, yanacaq limiti yeni texnologiyaya zərər verir. Ona görə də bu limit ləğv olunmalıdır...

F-1.az xatırladır ki, V6 mühərriklər idmana gəldikdən sonra hər pilota yarış vaxtı 100 kq yanacaq limiti qoyulub. Renault komandası sonuncu iclasda bu mövzunu gündəmə gətirib, amma Mercedes AMG bu mövzu ilə razılaşmayıb.

Siril Abitebul: “Mən istəyirəm ki, Formula1 həmişə Formula1 kimi qalsın. Formula1-də dözümlülük inkişaf etməməlidir.

Formula1-i dözümlülük yarışları ilə bir etmək olmaz. Bu, Formula1 üçün böyük təhlükə və təhdit əmələ gətirir.

Dözümlülük yarışlarında problem yaşamadan uzun məsafə qət etmək daha vacibdir. Amma Formula1-də qısa yarışlar daha vacibdir və gərək həmişə rəqiblərinə hücum edəsən.

Düzünü desək, V8 mühərriklərində də yanacaq qənaəti var idi. Bu da taktikanın bir hissəsi idi. Yanacağı səmərəli istifadə etməli idik.

Bu hal həmişə Formula1-də olub, amma yanacaq istifadəsinə heç vaxt limit qoyulmayıb. Mən istəyərəm ki, yanacaq limiti tamamilə ləğv edilsin.

Bu limit ləğv olunsa, yeni texnologiya barədə mənfi rəylər də azalar. Yeni texnologiya mükəmməldir və biz çox yaxşı iş görmüşük”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*