16 Dekabr 2018, Bazar - 16:53

S.Abitebul: “Red Bull-dan ayrılmaq bizim üçün yaxşıdır”

S.Abitebul: “Red Bull-dan ayrılmaq bizim üçün yaxşıdır”

Müəllif: Rauf Hacıyev, redaktor

13:05 - 20 İyun, 2018

Renault Sport-un rəhbəri Siril Abitebul müştəriləri Red Bull-dan ayrılmağın doğru olduğunu düşünür.

F-1.az xatırladır ki, “qırmızı öküzlər” 2007-ci ildən tərəfdaşı olduğu Renault mühərriklərindən imtina ediblərvə gələn ildən Honda mühərriyindən istifadə edəcəklər.

Siril Abitebul: “Bu hal inkişafımıza müsbət təsir göstərəcək. Renault 2016-cı ildə idmana qayıdanda bilirdik ki, Red Bull ilə münasibətlər əvvəlki kimi olmayacaq. Mühərrik təminatçısından baza komandasına dönməli idik. Artıq diqqətimiz dağılmayacaq və öz komandamıza fokuslanacağıq. Red Bull da özünə tərəfdaş tapdı və artıq baza komandası statusuna qovuşub. Bu, Honda üçün də yaxşıdır. Artıq güclü müştəriləri var. Hamı üçün əla oldu”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 104
Teqlər , ,
Paylaş

logo