S.Abitebul: “Komandanın liderə ehtiyacı var”

Siril Abitebul etiraf edib ki, Renault-da komanda daxilində gərginliklər var və əlavə edib ki, Formula1 komandası üçün bir liderə ehtiyacları var...

F-1.az xatırladır ki, Renault bu mövsümü çox uğursuz keçirir və indiyə kimi cəmi iki yarışda xal qazana biliblər. Fransızlar çempionatda ancaq Manor və Sauber-i qabaqlayırlar. Buna görə də “sarılar” mövsümün ilk yarısından 2017-ci ilə fokuslanıblar.

Siril Abitebul komanda daxilində gərginliklərin olduğunu etiraf edib və bunların qarşısını almaq üçün liderə ehtiyac olduğunu qeyd edib: “Performansımıza görə komanda daxilində gərginliklər var. Red Bull-a baxın. Keçən il komanda daxilində gərginliklər var idi. Mercedes komandasından soruşun. Qalib gəlməmişdən əvvəl gərginliklər yaşadılar. Bu gərginlik təbii ki var.

Hazırkı vəziyyətə görə şok olmamışam. Bununla mübarizə apara bilərəm. Əgər insanlar buna hazır deyillərsə və gərginlik yaşamaq istəmirlərsə, Formula1-in içində olmamalıdırlar. Komandanın pula, investisiyaya və ya insanlara ehtiyacları yoxdur. Komandanın liderə ehtiyacı var. Hazırda mənim, Jeromun və Frederikin etmək istədiyimiz şey budur. Doqquz ay əvvəl heç biri yox idi. İnsanların məsuliyyətlərini anlaması üçün vaxta ehtiyacları var. İşlər yolunda getməyəndə hər şey daha çətin olur. Bu il hamı öz sahəsini tapmalıdır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*