15 Oktyabr 2018, Bazar ertəsi - 21:19

S.Abitebul: “Formula1 dəyişməlidir”

S.Abitebul: “Formula1 dəyişməlidir”

Müəllif: Rauf Hacıyev, redaktor

12:19 - 16 Mart, 2018

Renault Sport-un rəhbəri Siril Abitebul bildirib ki, Formula1 məhv olmaq istəmirsə, dəyişməlidir.

F-1.az xatırladır ki, azarkeşlər 2010-cu ildən bəri idmanda hegemonluqlara şahidlik edirlər.

Siril Abitebul: “Mövsüm başlamadan çempionun adını bilirik. Belə olmaz. Bu yaxşı hal deyil və heç kimə faydası yoxdur. Belə davam edə bilmərik. Keçmişin resepti dəyişən dünyaya dərman ola bilməz. Liberty Media ilə yaxın işləməliyik. Eyni zamanda Ferrari, McLaren və Mercedes-lə də birgə işləyib, dəyişikliklər etməliyik. İdmana fokuslanmalıyıq, texnologiyaya yox. Bunu Formula1-in genlərinə zərər vermədən etməliyik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 117
Teqlər , ,
Paylaş

logo