17 Dekabr 2017, Bazar - 10:18

S.Abitebul: “Əldə etdiyimiz nəticələr gördüyümüz işləri əks etdirmir”

S.Abitebul: “Əldə etdiyimiz nəticələr gördüyümüz işləri əks etdirmir”

Müəllif: Elçin Zodorov, redaktor

21:27 - 17 İyul, 2016

F-1.az xatırladır ki, bu il Lotus-u alaraq zavod komandası kimi Formula1-ə qayıdan Renault geridə qalan 10 yarışdan sadəcə birində – Rusiya Qran Prisində xal qazana bilib.

Hazırda ən zəif komandalardan biri kimi görünən Renault demək olar ki, hər yarışa yenilik gətirsə də, bu, öz nəticəsini vermir və komanda xal qazana bilmir.

Siril Abitebul: “Zavodlarımızda pərdə arxasında görülən işlərə baxdıqda, əldə etdiyimiz nəticələr heç də ədalətli deyil. Dayanmadan komandanı böyütməyə, işçi qüvvəsini artırmağa və daha çox iş görməyə çalışırıq. İnkişaf sürətimiz yüksəkdir. Uzunmüddətli hədəflərimiz var. Bunun üçün çalışmaqda davam edirik.

Bu mövsümün vacib olmadığını demirəm. Onsuz da, əlimizdəkilərin çox hissəsini bu il üçün istifadə edirik. Nəticələr gözoxşayan deyil, lakin biz hər yarışdan yeni dərslər alırıq. Budapeştdə daha yaxşı nəticə göstərəcəyimizə inanıram və yarış üçün səbirsizlənirəm. Düzdür, yavaş döngələri olan trasdır və bizə uyğun deyil. Amma biz orada da çox şey öyrənə bilərik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 175
Teqlər ,
Paylaş

logo