20 Oktyabr 2017, Cümə - 09:09

S.Abitebul: “Biz Budkovskini aprelə qədər gözləməyə hazırıq”

S.Abitebul: “Biz Budkovskini aprelə qədər gözləməyə hazırıq”

Müəllif: Elçin Zodorov, redaktor

19:09 - 06 Oktyabr, 2017

FİA-nın sabiq texniki nümayəndəsi Marçin Budkovskinin Renault-ya keçidinin rəsmən elan olunması digər komanda rəhbərlərinin etirazına səbəb olub – axı o, bundan əvvəlki vəzifəsi ilə əlaqədar bütün komandaların 2018-ci ilə aid layihələrindən xəbərdardır.

F-1.az xəbər verir ki, Renault Sport-un rəhbəri Siril Abitebul Suzukada mətbuat konfransında bildirib ki, onlar başqa komandaların sirlərinə yiyələnməyə çalışmayıblar və heç kimin maraqları pozulmayacaq. Üstəlik, Renault Budkovskinin vəzifəsinin icrasına başlamasını aprelə qədər gözləməyə hazırdır.

Siril Abitebul: “Bu barədə bir müddətdir ki, şayiələr gəzirdi. Buna görə də biz rəsmi açıqlama verdik. Amma Marçin texniki vəzifə almayıb, idarəçilərdən biri olacaq. O, karyerasını inkişaf etdirməkdə maraqlıdır. Biz çoxdandır ki, belə bir adam axtarırdıq. Keçən il Frederik Vassyörlə işləməyə çalışdıq, amma alınmadı. Onun haqqıdan pis nəsə demək istəmirəm, hazırda Sauber-in rəhbəridir, sadəcə Renault-ya başqa şeylər lazım idi.

Bundan başqa, anlamaq lazımdır ki, biz sadəcə Formula1 komandası deyilik. Başqa komandaları da mühərriklə təchiz edirik, üstəlik Formula E-də də komandamız var. Mənə sağ əlim olacaq, arxayın ola biləcəyim adam lazımdır. Marçin işlərinin icrasına gələn ilin əvvəllərində başlaya bilər. Biz FİA ilə danışaraq müqaviləni aprel ayından etibarən bağlamağa hazırıq ki, heç kim narazı qalmasın. Əslində 2018-ci ilin layihələri artıq hazırdır və Marçin nəyisə dəyişə bilməz. Yəni, iddialar əsassızdır. Biz onu iş təcrübəsinə görə və avtoidman üzrə yüksək səviyyəli mütəxəssis olduğu üçün komandaya cəlb etmişik, başqa komandaların maşınlarından xəbərdar olduğu üçün yox”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 146
Teqlər , , ,
Paylaş

logo