13 Dekabr 2018, Cümə axşamı - 01:10

Rusiya QP noyabrda deyil, oktyabrda keçiriləcək

Rusiya QP noyabrda deyil, oktyabrda keçiriləcək

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

14:41 - 26 Yanvar, 2013

Dünən keçirilmiş mətbuat konfransında Soçi şəhərinin meri Anatoliy Paxomov bildirmişdi ki, Rusiya Qran Prisi 2014-cü ilin noyabr ayında keçiriləcək. Noyabr […]

Dünən keçirilmiş mətbuat konfransında Soçi şəhərinin meri Anatoliy Paxomov bildirmişdi ki, Rusiya Qran Prisi 2014-cü ilin noyabr ayında keçiriləcək. Noyabr ayının soyuq olması isə hamıya məlumdur və bu ayda Formula1 yarışı keçirmək məqsədəuyğun olmadığı üçün merin sözləri Rusiya mətbuatında geniş müzakirələrə səbəb olub.

Bu gün meriyanın mətbuat xidməti məlumatı dəqiqləşdirməli olub – Rusiya QP noyabr ayında deyil, oktyabr ayında keçiriləcək. Meriyanın yaydığı bəyanatda deyilir: “Dünən mətbuat konfransında Soçi şəhərinin meri Anatoliq Paxomov Formula1 yarışın keçirilmə vaxtını dəqiq söyləməyib. Dəqiqləşdiririk ki, yarış 2014-cü ilin oktyabr ayında keçiriləcək…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 229
Teqlər ,
Paylaş

logo