23 Oktyabr 2018, Çərşənbə axşamı - 20:09

Rusiya-2018: Yarış

Rusiya-2018: Yarış

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

16:53 - 30 Sentyabr, 2018

Çempion titulu uğrunda mübarizə, təkərlər və cərimələr beşinci Rusiya Qran Prisində əsas intriqa mənbəyi olublar. Lyuis Həmilton Soçiyə 40 xallıq üstünlüklə gəlib, Ferrari bu fərqi azaltmağa ümid edib. Mercedes risk etmək imkanına malik olsa da, Skuderiyanın xal itirmək şansı qalmayıb.

F-1.az xatırladır ki, yalnız birinci məşqlərdə Ferrari sürücüləri sürətli olublar – amma bunun əsas səbəbi Mercedes sürücülərinin ixtiyarında daha az HyperSoft təkərlərinin olması idi. Növbəti məşqlərdə Mercedes sürücüləri rəqiblərinə şans verməyiblər. Sıralanma turunun həlledici anında Həmilton səhvə yol verib, ona görə də poul Bottasa qismət olub – Fettelə poula yarım saniyədən çox uduzaraq ancaq 3-cü ola bilib.

Red Bull və Toro Rosso komandaları Rusiya mərhələsini güc qurğularını dəyişməyə seçiblər. Alonsonun da maşınında güc qurğusu dəyişdirilib, ona görə də bu beş sürücü – peletonun dörddə biri son cərgədən start almalı olub. Vandorn da ötürmələr qutusunu dəyişdiyi cəzalanıb, amma faktiki cəmi bir yer itirib.

Pirelli iki həftə əvvəl olduğu kimi Soçiyə HyperSoft, UltraSoft və Soft tərkiblərini gətiriblər. Amma tərkiblər arasındakı sürət fərqi Sinqapurdakı kimi olmayıb, sadəcə daha çox yanacaq ehtiyatı ilə HyperSoft tez yeyilib, ona görə də komandalar bu tərkibin yarışda istifadəsini minimuma endiriblər. Bir çox komandalar isə əvvəldə finala çıxmamağı planlaşdırıblar ki, yarışda azad təkər seçiminə malik olsunlar.

Mercedes və Ferrari sürücüləri sıralanma turunun ikinci sessiyasını UltraSoft-la keçiriblər, Renault isə sürücülərini sadəcə trasa buraxmayıb ki, finala çıxa bilməsinlər.

Starta iki saat qalmış yağış yağsa da, starta qədər asfalt quruyub. Ona görə də ilk onluqdakı altı sürücüdən başqa ancaq Hartli ən yumşaq tərkiblə start alıb, Mercedes və Ferrari sürücüləri kimi Williams və McLaren sürücüləri də UltraSoft seçiblər, digərləri isə Soft-a üstünlük veriblər.

Mercedes sürücüləri ilk cərgədən, Ferrari sürücüləri isə ikinci cərgədən start alıblar – Red Bull sürücüləri isə son cərgələrdə yer alıblar.

Startda Fettel hücuma cəhd etsə də, Bottas liderliyini qoruyub – ilk beşlikdə dəyişiklik olmayıb, Lekler isə Okonu üstələyib.

2-ci dövrədə Lekler Maqnusseni də keçərək 5-ci yerə yüksəlib. Ferstappen 3-cü dövrəni artıq 9-cu yerdə tamamlayıb. 3-cü dövrənin sonunda ilk onluq: Bottas – Həmilton – Fettel – Rəykkönen – Lekler – Maqnussen – Okon – Peres – Ferstappen – Qrojan.

3-cü dövrədə Hartli təkərlərini dəyişib. Qasli yerində fırlandıqdan sonra boksa yollanıb. Hər iki Toro Rosso sürücüsü əyləc problemi üzündən mübarizəni dayandırmalı olub.

Ferstappen isə Racing Point sürücülərini qabaqlayaraq 7-ci yerə yüksəlib. 6-cı dövrədə Alonso yeni təkərlərə keçib. 7-ci dövrədə Ferstappen Maqnusseni, növbəti dövrədə isə Lekleri üstələyərək 5-ci yerə qalxıb. 8-ci dövrədə Stroll təkərlərini dəyişib. Qrojan 3 yer itirdikdən sonra yeni təkərlər dalınca boksa tələsib. 9-cu dövrədə Rikkardo Erikssonu qabaqlayaraq, ilk onluğa daxil olub. 10-cu dövrənin sonunda ilk onluq: Bottas – Həmilton – Fettel – Rəykkönen – Ferstappen – Lekler – Maqnussen – Okon – Peres – Rikkardo.

10-cu dövrədə Maqnussen, 11-ci dövrədə Lekler, Okon və Sirotkin, 12-ci dövrədə Eriksson və Vandorn, 13-cü dövrədə Bottas və Peres mexaniklərinə baş çəkiblər. 14-cü dövrədə Fettel yeni təkərlərlə trasa Bottasın arxasında qayıdıb və sürətini artırıb. 15-ci dövrədə Həmilton pit-stopa yollanıb və trasa Sebastyanın arxasında qayıdıb.

Lyuis növbəti dövrədə dərhal hücuma atılıb. Onun ilk həmləsini Sebastyan dəf edib, amma ikinci həmləsində sonra Lyuis irəli çıxa bilib.

18-ci dövrədə Rəykkönen də təkərlərini dəyişib, Okon və Peres Saynsı üstələyiblər. Hələ boksa getməyən Ferstappen yarışa başçılıq edib.

Fettel Həmiltonla fərqli azaltdığına görə 25-ci dövrədə Bottas komandanın xahişi ilə Lyuisi irəli buraxıb. Racing Point komandası da Okondan xahiş edib ki, Peresi irəli buraxsın – Serxio öz növbəsində Maqnusseni keçməyə cəhd edib.

34-cü dövrədə Sayns, 35-ci dövrədə isə Hülkenberq Renault komandasının mexaniklərinin qonağı olublar. Peres 10 dövrə ərzində Maqnusseni keçə bilmədiyi üçün mövqeyini Okona qaytarmalı olub.

38-ci dövrədə Eriksson, bir dövrə sonra isə Rikkardo yeni təkərlərə keçiblər. 44-cü dövrənin sonunda ilk onluq: Həmilton – Bottas – Fettel – Rəykkönen – Ferstappen – Rikkardo – Lekler – Maqnussen – Okon – Peres.

Lyuis Həmilton Rusiya Qran Prisini öndə başa vuraraq, karyerasında 70-ci, mövsümdə isə 8-ci qələbəsini qazanıb. Britaniyalı sürücünün Fettel üzərindəki üstünlüyü 50 xala çatıb. Mercedes isə Soçidə keçirilən 5-ci yarışda 5-ci qələbəsini bayram edib.

Valtteri Bottas finişdə ikinci olub – Mercedes mövsümdə 3-cü qələbə dubluna sevinib. Sebastyan Fettel isə podiumu tamamlayıb.

Artıq gələn həftə mübarizə Suzukada davam edəcək…

YerNSürücüKomandaZaman/FərqPit
144Lyuis HəmiltonMercedes1:27.25.1811
277Valtteri BottasMercedes+ 0:02.5451
35Sebastyan FettelFerrari+ 0:07.4871
47Kimi RəykkönenFerrari+ 0:16.5431
533Maks FerstappenRed Bull+ 0:31.0161
63Daniel RikkardoRed Bull+ 1:20.4511
716Şarl LeklerSauber+ 1:38.3901
820Kevin MaqnussenHaas+ 1 dövrə1
931Esteban OkonRacing Point+ 1 dövrə1
1011Serxio PeresRacing Point+ 1 dövrə1
118Roman QrojanHaas+ 1 dövrə1
1227Niko HülkenberqRenault+ 1 dövrə1
139Markus ErikssonSauber+ 1 dövrə2
1414Fernando AlonsoMcLaren+ 1 dövrə1
1518Ləns StrollWilliams+ 1 dövrə1
162Stoffel VandornMcLaren+ 2 dövrə1
1755Karlos SaynsRenault+ 2 dövrə1
1835Sergey SirotkinWilliams+ 2 dövrə1

Sürətli dövrə: Valtteri Bottas (Mercedes) – 1:35.861 (50-ci dövrə, 219.617 km/saat).

MÜBARİZƏNİ DAYANDIRANLAR:

SürücüKomandaDövrəSəbəb
Pyer QasliToro Rosso4əyləc
Brendon HartliToro Rosso4əyləc

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

YerNSürücüÖlkəKomandaXal
144Lyuis HəmiltonMercedes AMG Petronas Motorsport306
25Sebastyan FettelScuderia Ferrari256
377Valtteri BottasMercedes AMG Petronas Motorsport189
47Kimi RəykkönenScuderia Ferrari186
533Maks FerstappenAston Martin Red Bull Racing158
63Daniel RikkardoAston Martin Red Bull Racing134
720Kevin MaqnussenHaas F1 Team53
827Niko HülkenberqRenault Sport Formula 1 Team53
914Fernando AlonsoMcLaren F1 Team50
1011Serxio PeresRacing Point Force India47
1131Esteban OkonRacing Point Force India47
1255Karlos SaynsRenault Sport Formula 1 Team38
1310Pyer QasliRed Bull Toro Rosso Honda28
148Roman QrojanHaas F1 Team27
1516Şarl LeklerAlfa Romeo Sauber F1 Team21
162Stoffel VandornMcLaren F1 Team8
1718Ləns StrollWilliams Martini Racing6
189Markus ErikssonAlfa Romeo Sauber F1 Team6
1928Brendon HartliRed Bull Toro Rosso Honda2
2035Sergey SirotkinWilliams Martini Racing1

MÜHƏNDİSLƏR KUBOKU:

YerKomandaMotorXal
1Mercedes AMG Petronas MotorsportMercedes495
2Scuderia FerrariFerrari442
3Aston Martin Red Bull RacingRenault292
4Renault Sport Formula 1 TeamRenault91
5Haas F1 TeamFerrari80
6McLaren F1 TeamRenault58
7Racing Point Force IndiaMercedes35
8Red Bull Toro Rosso HondaHonda30
9Alfa Romeo Sauber F1 TeamFerrari27
10Williams Martini RacingMercedes7

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 351
Teqlər , , , , ,
Paylaş

logo