Rusiya-2018: Üçüncü sərbəst yürüşlər

Dünən Soçi Avtodromunun asfaltında bir çox sürücülər yumşaq tərkibli təkərlərlə problemlər yaşayıblar, ona görə də bu gün səhər komandalar sazlanmalar üzərində işlərini davam etdiriblər. Asfaltın temperaturu yüksəlib, asfaltla ilişmə də artdığı üçün təkərlərin davranışı dəyişib.

F-1.az bildirir ki, sürücülər əsasən HyperSoft tərkibi ilə, amma müxtəlif yanacaq ehtiyatı ilə işləyiblər – təkərlərin yeyilməsini azaltmaqla daha uzun məsafə qət etməyə çalışıblar ki, yarışda istifadə ediləcək strategiyanı müəyyən etsinlər.

Dünən Ferrari sürücüləri maşına sürət çatışmamasından gileylənmişdilər, ona görə də mexaniklər hər iki maşında asılqanların konstruksiyasına düzəlişlər ediblər – sürücülər boksda vaxt itirməli olublar.

Məşqlərin sonuna 10 dəqiqə qalmış Lyuis Həmilton trasın mütləq rekorduna imza atıb – 1:33.067. Digər komandaların sürücüləri Lyuis yarım saniyədən çox uduzublar.

Sessiya sakit keçib. Sürücülər maşınlara zərər vermədən limitləri axtarıblar, ona görə də tras kənarına çox çıxıblar. Son dəqiqələrdə Qrojan yerində fırlanıb. Sessiyanın sonunda Fettel daha bir dövrəyə ümid etsə də, pit-leynin çıxışında qırmızı işıq yandığı üçün dayanmalı olub…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 44 Lyuis Həmilton Mercedes 1:33.067 13
2 77 Valtteri Bottas Mercedes 1:33.321 + 0:00.254 16
3 5 Sebastyan Fettel Ferrari 1:33.667 + 0:00.600 14
4 7 Kimi Rəykkönen Ferrari 1:33.688 + 0:00.621 11
5 33 Maks Ferstappen Red Bull 1:33.937 + 0:00.870 11
6 3 Daniel Rikkardo Red Bull 1:34.394 + 0:01.327 14
7 16 Şarl Lekler Sauber 1:34.628 + 0:01.561 15
8 31 Esteban Okon Racing Point 1:34.809 + 0:01.742 16
9 20 Kevin Maqnussen Haas 1:34.820 + 0:01.753 15
10 11 Serxio Peres Racing Point 1:34.916 + 0:01.849 14
11 55 Karlos Sayns Renault 1:34.988 + 0:01.921 13
12 10 Pyer Qasli Toro Rosso 1:35.125 + 0:02.058 21
13 8 Roman Qrojan Haas 1:35.185 + 0:02.118 18
14 27 Niko Hülkenberq Renault 1:35.213 + 0:02.146 12
15 9 Markus Eriksson Sauber 1:35.370 + 0:02.303 16
16 28 Brendon Hartli Toro Rosso 1:36.033 + 0:02.966 22
17 35 Sergey Sirotkin Williams 1:36.071 + 0:03.004 16
18 18 Ləns Stroll Williams 1:36.274 + 0:03.207 20
19 2 Stoffel Vandorn McLaren 1:36.597 + 0:03.530 14
20 14 Fernando Alonso McLaren 1:36.992 + 0:03.925 21
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*