22 Oktyabr 2018, Bazar ertəsi - 11:50

Rusiya-2018: Pirelli – Soft, UltraSoft və HyperSoft

Rusiya-2018: Pirelli – Soft, UltraSoft və HyperSoft

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

16:19 - 24 Sentyabr, 2018

Pirelli şirkəti Soçiyə iki həftə əvvəl Sinqapura gətirdiyi tərkibləri gətirəcək, amma onların istismar şəraiti bu dəfə tam fərqli olacaq…

F-1.az bildirir ki, isti və yavaş şəhər trasının əvəzinə sürücüləri kifayət qədər sürətli hamar, bəzən isə sürüşkən asfalt örtüklü avtodrom gözləyir…

Mario İzola: “Biz Soçiyə də Sinqapura gətirdiyimiz tərkibləri gətirəcəyik, arada bir tərkibi (Soft) buraxmışıq, ona görə də ümid edirik ki, keçən yarışda olduğu kimi müxtəlif taktiki seçimlər izləyək. Amma bu tras şəhər trasında ciddi fərqlənir, təkərlər çox yüklənmir, örtük hamar olduğu üçün təkərlər az yeyilir – nəzəri baxımdan HyperSoft tərkibi üçün ideal yerdir.

Lakin bu tərkib əvvəllər Rusiyada istifadə olunmayıb, komandalar məşqlərdə bu tərkibin effektivliyini öyrənməlidirlər. Yəqin ki, 3-cü döngədə HyperSoft-un effektivliyi daha vacib əhəmiyyət kəsb edəcək – hamıya bu döngə daha maraqlı görünür…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 238
Teqlər , , ,
Paylaş

logo