20 Oktyabr 2017, Cümə - 05:35

Rusiya-2017: Üçüncü stüard – Mika Salo

Rusiya-2017: Üçüncü stüard – Mika Salo

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:13 - 27 Aprel, 2017

Hər il olduğu kimi, bu dəfə də FİA Qran Prinin stüardları cərgəsinə keçmişin təcrübəli sürücülərini cəlb edəcək. Bu dəfə stüardlara Mika Salo kömək edəcək.

F-1.az xatırladır ki, finlandiyalı sürücü 1994-2002-ci illərdə Lotus, Tyrrell, Arrows, BAR, Ferrari, Sauber və Toyota komandalarında 109 dəfə starta çıxaraq 2 podium qazanıb. Mika hazırda SMP Formula4 çempionatının idman direktorudur.

Sonuncu dəfə finlandiyalı sürücü bu il Çində stüardlıq etmişdi, Rusiya Qran Prisinin mübahisəli insidentlərini araşdırmaqda ona FİA-nın təpəyə dırmanma komissiyasının və İsveçrə Avtomobil Federasiyasının prezidenti Pol Qutyar və İspaniya avtoklubunun direktorlar şurasının üzvü, yeganə stüard qadın Silviya Bellot kömək edəcəklər.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 641
Teqlər , , , , ,
Paylaş

logo