20 Oktyabr 2017, Cümə - 09:00

Rusiya-2017: Tras və statistika

Rusiya-2017: Tras və statistika

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

08:08 - 27 Aprel, 2017

2014-cü ilin oktyabrın 12-də günəşli bir gün idi – həmən gün Rusiya avtoidmanının tarixinə qızıl hərflərlə yazıldı: Soçi Avtodromunda ilk milli Formula1 yarışı baş tutdu.

Qonşu ölkə bu tarixi hadisəyə uzun bir yol keçmişdi, onlarla avtodrom tikilmişdi, amma yalnız Soçinin Olimpiya Parkında salınan avtodrom layihəsi reallığa çevrildi.

Hermann Tilke Rusiya Qran Prisi üçün bir neçə layihə hazırlamışdı, layihələrdən biri yarışın düz Moskvanın mərkəzində keçirilməsini nəzərdə tutrdu – Berni Ekklstoun hələ 1982-ci ildən Kremlin fonunda Qızıl Meydanda yarış görməyi arzulayırdı, amma bu layihələrin bəzisi elə kağız üzərində qaldı, bəzisi isə avtodrom kimi tikilsə də, daha aşağı seriyaların yarışları üçün yararlı oldu. 2009-cu ilin sentyabrında Soçi şəhərinin meri Anatoliy Paxomov bildirdi ki, ölkənin kurort paytaxtı Formula1 yarışını keçirməyə köklənib. 2010-cu ilin oktyabrında isə Krasnodar diyarının nümayəndələri Berni Ekklstounla 2014-cü ildən başlayaraq Formula1 yarışının keçirilməsi üzrə 7 illik müqavilə imzaladılar.

Tikinti işləri Olimpiya Oyunları günlərində dayandırılsa da, avtodromun tikintisi vaxtından əvvəl başa çatdırıldı, ilk yarışa iki ay qalmış Soçi Avtodromu FİA-nın son təftişini keçərək rəsmi lisenziyasını aldı, 2014-cü ilin sentyabrın 20-də isə tras rəsmən açıq elan olundu.

Həmin ilin sonunda FİA-nın Baş Assambleyası Soçi Avtodromundakı debüt yarışını Mövsümün Ən Yaxşı Qran Prisi adlandırdı, avtodrom özü isə bir neçə mükafata layiq görüldü.

2017 FORMULA 1 VTB RUSSIAN GRAND PRIX
TarixTrasDövrənin uzunluğuDövrələrin sayıYarış məsafəsi
28 aprel-30 aprel 2017Sochi Autodrom5848 m53309.732 km
Rəsmi sayt

 

TRASIN XARAKTERİSTİKASI

Soçi Avtodromu dünyada Qış Olimpiya Oyunları keçirilmiş parkda salınmış yeganə yarış kompleksidir. Tras müxtəlif konfiqurasiyalardan ibarət olmaqla beynəlxalq və yerli yarışlar üçün nəzərdə tutulub və ilboyu istifadə oluna bilər.

Trasın konfiqurasiyasını hazırlayan zaman Olimpiya Parkının arxitekturası nəzərə alınıb, amma tras kifayət qədər sürətli alınıb. Dövrədə orta hərəkət sürəti 210 km/saat, maksimal sürət 330 km/saatdır. Yarış konfiqurasiyasında 12 sağ və 6 sol döngə  nəzərdə tutulub.

Tras asfaltayatma qüvvəsinin yüksək kəmiyyətini tələb edir, xüsusən də uzun üçüncü və çoxsaylı 90 dərəcəli döngələrdə. Sazlanmalar eynilə Sinqapurda olduğu kimidir, amma Soçidə daha uzun düzlüklər olduğu üçün mühəndislər ənənəvi asfaltayatma qüvvəsi ilə sürət arasındakı kompromisi daha çox axtarmalı olacaqlar.

Tras motorun gücünə elə də tələbkar deyil, amma çox şey ERS-in effektivliyindən asılıdır. Əyləclərin yüklənməsi ortadır, ikinci və on üçüncü döngələrdə ciddi əylənmə nöqtəsi var.

2016-cı ilin Rusiya Qran Prisində sessiyalarda ən yaxşı nəticələr
SessiyaHavaSürücüKomandaZaman
1-ci sərbəst yürüşlərBuludlu. QuruNiko RosberqMercedes AMG1:38.127
1-ci sərbəst yürüşlərGünəşli. QuruLyuis HəmiltonMercedes AMG1:37.583
1-ci sərbəst yürüşlərBuludlu. QuruLyuis HəmiltonMercedes AMG1:36.403
Sıralanma turuBuludlu. QuruNiko RosberqMercedes AMG1:35.337
Yarışda sürətli dövrəBuludlu. QuruNiko RosberqMercedes AMG1:39.094

 

 

TELEYAYIM

F-1.az xatırladır ki, Azərbaycanda bütün çempionatın yayım hüquq İdman Azərbaycan kanalında olduğu üçün Rusiya Qran Prisini İdman Azərbaycan və ya İdman Azərbaycan HD kanallarından izləyə bilərsiniz. Hər bir sessiyanın rəsmi protokolları isə saytımızda operativ yerləşdiriləcək…

Rusiya Qran Prisinin sessiyaları, Bakı vaxtılə
TarixSessiyaZamanTV
28 aprel1-ci sərbəst yürüşlər12:00
28 aprel2-ci sərbəst yürüşlər16:00
29 aprel3-cü sərbəst yürüşlər13:00
29 aprelSıralanma turu16:0015:55
30 aprelYarış16:0015:55

 

Pirelli, UltraSoft, SuperSoft, Soft

 

HƏFTƏSONU ÜÇÜN SÜRÜCÜLƏRİN TƏKƏR SEÇİMİ

Pirelli şirkəti Soçiyə UltraSoft, SuperSoft və Soft tərkiblərini gətirəcək, son iki tərkib məcburi elan olunub, yəni onlardan hər hansı birindən mütləq yarışın gedişində istifadə olunmalıdır.

Reqlamentdəki ciddi dəyişikliklərdən sonra komandalar ilk 5 yarış üçün güzəşt əldə ediblər – Pirelli hər bir sürücüyə 2 dəst Soft, 4 dəst SuperSoft və 7 dəst UltraSoft təkərlər verəcək. Təkərlərin builki bərkliyini nəzərə almaqla demək olar ki, yarışda hamı bir pit-stop edəcək.

 

 

STATİSTİKA

 

Hazırkı pilotların Rusiya Qran Prisində nəticələri
PilotQPXallarPoulPodiumQələbə
Lyuis Həmilton368132
Valtteri Bottas3271
Sebastyan Fettel3221
Felipe Massa322
Kimi Rəykkönen3211
Serxio Peres3201
Kevin Maqnussen216
Fernando Alonso316
Daniil Kvyat310
Daniel Rikkardo36
Roman Qrojan34
Maks Ferstappen21
Niko Hülkenberq3
Markus Eriksson3
Karlos Sayns2
Colion Palmer2
Paskal Verlyayn1
Ləns Stroll
Stoffel Vandorn
Esteban Okon

 

Rusiya Qran Prisinin qalibləri
TarixTrasPoulQələbə
01.05.2016SoçiN.RosberqMercedes AMGN.RosberqMercedes AMG
11.10.2015SoçiN.RosberqMercedes AMGL.HəmiltonMercedes AMG
12.10.2014SoçiL.HəmiltonMercedes AMGL.HəmiltonMercedes AMG

 

 

 

 

 

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 791
Teqlər , ,
Paylaş

logo